Kitabda qədim dövrlərdən bu günə kimi dünyanın bir sıra dövlətlərinin tarixinə, o cümlədən Azərbaycan tarixinə aid dərsliklərdə olmayan maraqlı faktlar, hadisələr, hüquqi sənədlər öz əksini tapıb. Kitabda həmçinin insanları düşündürən maraqlı tarixi hadisələr, dərs zamanı tələbələrin yorğunluğunu aradan qaldırmaq üçün tarixə aid faktlara söykənən maraqlı lətifələrin yer alması onu daha da maraqlı edir. Dərsliklər gənc nəslin biliklərininin artırılmasında mühüm rol oynayır. Lakin hazırda dərsliklərlə yanaşı əlavə materiallara, köməkçi vəsaitlərə də ciddi ehtiyac var. Sizə təqdim olunan bu kitabın yazılmasına maraq məhz həmin ehtiyacdan yaranıb. Kitab ali təhsilin bakalavr, magistrant, doktorant pillələrində təhsil alanlar və geniş oxucu kütləsi üçün nərədə tutulub.
Kitabda türk xalqlarının şәriksiz mәdәniyyәti olan ozan, baxşı, aşıq sәnәtinin mәnşәyi, ibtidai tәsәvvürdәki mәnzәrәsi, qopuz-saz timsalında olan bilgilәr, әdәbiyyatın şifahi vә yazılı qolunu sәrgilәyәn söylәmәlәr, ozana - qәdәrki mәdәniyyәtin ümumi fakturası, epos sәviyyәsindә ifadәsini tapan etnik özünәmәxsusluqlar, ozanın sәnәtkar funksiyası, aşığa transformasiyanın sәbәb vә zәrurәti vә s. kimi mәsәlәlәr sistemli tәhlil olunur. Sәnәt әnәnәsinin tarixi-mәdәni formulası vә konseptual şәkildә Söz//Musiqi//Dastan söylә yiciliyi sәviyyәsindә olan axarın aşıq adı ilә tanınmadan sonrakı mәrhәlәsi vә günümüzә gәlәn yolunda әldә etdiyi zәnginlәşmәnin ümumi axarı açılma mәqsәdi daşıyır.
Kitab işgüzar inkişafında, karyerasında müvəffəqiyyət qazanmaq istəyən, istər cəmiyyətdə, istərsə də kollektivdə könüllü olaraq ilk addımlarını atan gənclərə, o cümlədən hazır da könüllü olan tələbələrə, həmçinin onların valideynlərinə, təşkilati fəaliyyətlərinə könüllü cəlb etmək istəyən qurumlara, bu qurumların könüllülərlə işləyən əməkdaşlarına ünvanlanıb.
Daycest - (“digest”- ingilis dilindən tərcümədə “xülasə”, “toplu” mənasını verir) çap olunmuş dövri nəşrlər haqqında qısa xülasədən ibarət siyahı və ya çap kataloqu kimi də izah edilir. Daycestlərin hazırlanması müəyyən bir mövzu və ya kitabxanaçıları daha çox narahat edən hər hansı aktual məsələ ilə bağlı daha dərin və ətraflı tədqiqat aparmağa, müxtəlif mənbələrdə çap olunmuş materialların (əsasən dövri nəşrlər) qısa xülasəsini əks etdirməklə onu geniş ictimaiyyətin diqqətinə çatdırmağa xidmət edir. Daycestdə məqalələr illər üzrə əlifba ardıcıllığı ilə verilir. Sizə təqdim edəcəyimiz Daycestdə AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının və müxtəlif müəlliflərin Ulu öndər Heydər Əliyevin həyatı, fəaliyyəti ilə bağlı yazdıqları məqalələr araşdırılmış, qısa məzmunları verilmişdir.
Sosial sahənin nəzəri-metodoloji, sosial-iqtisadi və təşkilati-idarəetmə problemləri, onun sektorları, iqtisadi fəaliyyət sahələri və növləri kompleksi işıqlandırılır. Sosial sahədə iqtisadiyyatın və idarəetmənin müasir aspektləri təhlil edilir. Sosial xidmətlərin bazar sektorunun təşkilinin xüsusiyyətləri araşdırılır.Müasir sosial problemlər ayrıca işıqlandırılır. Oxucu sosial sahənininkişafı vasitəsi kimi sosial siyasətin müasir başa düşülməsi və şərhi ilə tanış olur. Respublikanın inkişafının müasir mərhələsində Azərbaycan dövlətinin sosial siyasəti səciyyələnir. Bakalavr, magistr, ali təhsil müəssisələrinin müəllimləri, sosial siyasət, iqtisadiyyat və sosial sahənin idarə edilməsi, iqtisadiyyatın dövlət tənzimlənməsi sahəsində çalışan rəhbər işçiləri və mütəxəssislər üçün nəzərdə tutulub.
Cəmil Əhmədli 1953-cü ilin yayında SSRİ Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun aspiranturasına müsabiqə yoluilə imtahan verərək qəbul edilmişdir. 1956-cı ildə Akademik Teodar Oyzermanın rəhbərliyi ilə “Azadlıq və zərurət” mövzusunda dissertasiyasını müdafiə edərək, fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almışdır. 1960-cı ildə Bakıda nəşr edilən “Azadlıq və zərurət” (rus dilində) kitabı mövzuya dair keçmiş SSRİ məkanında ilk monoqrafiya idi.