Kitabda Gəncə şəhərinin dövlət rəsmiləri və ictimai xadimlərinin, təhsil, idman və mədəniyyət işçilərinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hakimiyyətdə olduğu 20 il ərzində Azərbaycan dövlətçiliyi üçün sərf etdiyi gərgin əməyin təbliğinə həsr edilmiş yazıları öz əksini tapmışdır.Kitab az tirajla çap olunmasına baxmayaraq, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Monoqrafiya türk xalqlarının zәngin mәdәniyyәt tarixini qopuz, tәmbur,çoğur, saz vә s. timsalında izlәmәk vә hәm dә aydınlaşdırmaq mәqsәdi daşıyır. Ucu-bucağı görünmәyәn bir sәnәt әnәnәsinә bağlanan buәsrarәngizlik toplumunetnoqrafik mükәmmәlliyinin göstәricisidir. Gәlinәntarixi mәnzәrәnin, yaşam tәrzinin, mәnәvi zәnginliyinin әks-sadası olaraqbәşәr sivilizasiyasına hәm dә әvәzsiz töhvә vermә istәyi vә amalı ilәsәciyyәlәnir. Bütün bunlar şәriksiz mәdәniyyәt olan ozan-aşıq sәnәtinin ilkinçağlardan günümüzә qәdәrki mәnzәrәsini tәfәrrüatlı şәkildә tәkrarәn geniş ictimaiyyәtә tәqdim etmәk istәyindәn meydana gәlmişdir. Aparılan tipoloji tәhlillәr bunları әks etdirmәk amalına bağlanır.Kitab Azәrbaycan, Türk, İngilis vә Fars dillәrinә tәrcümә olunub vә çap edilib.
Kitabda Azərbaycan dili, onun tarixi, forma və üslubları qısa şəkildə izah edilir. Bunlarla bərabər, Azərbaycan ədəbi dilinin fonetik sistemi, lüğət tərkibi və onlara aid linqvistik xüsusiyyətlər geniş şərh olunur. Həmçinin müasir Azərbaycan dilinin orfoepiya, yazı, qrafika və orfoqrafiya məsələləri də elmi-nəzəri əsasda aydınlaşdırılır. Əsərdən müəllim və tələbələr, aspirant və dissertantlar, mətbuat və nəşriyyat işçiləri, radio və televiziya əməkdaşları, eləcə də Azərbaycan ədəbi dilinin qayda-qanunları ilə maraqlananlar faydalana bilər.
"İqbalnamə" əsəri Nizami Gəncəvi yaradıcılığının ən yüksək zirvəsi və Şərq poeziyasının ən parlaq incisi hesab olunan "İskəndərnamə"nin ikinci hissəsidir. İskəndərin kamil insan, alim və ağıllı, müdrik bir filosof kimi təsvir olunduğu bu hissədə Nizami ictimai, fəlsəfi düşüncələrə üstünlük vermiş, insan ağlının təntənəsindən bəhs etmiş, elecə də insan və təbiət, yaradılış və dünya, həyat və ölüm, elm və din kimi məsələlərlə bağlı dövrün ən qabaqcıl görüşlərini əks etdirmişdir. "İqbalnamə" "Şərəfnamə" ilə bir yerdə bütöv əzəmətli əsər olan "İskəndəmamə"nin bir-biri ilə sıx bağlı iki budağıdır.
“Azərbaycan təsəvvüf ədəbiyyatı” dərs vəsaiti isə bütövlükdə əxlaqi-dini dəyərlərin tədqiqinə həsr olunur. Burada təsəvvüflə bağlı ümumi bilgilər verilməklə islam-ərəb təsəvvüfünə və təsəvvüfçülərinə, o cümlədən türk və Azərbaycan mütəsəvvüflərinə də yer ayrılır. Sufi simvolikası, təsəvvüf terminləri, geyim və rəng, təsəvvüf ədəbiyyatının janrları və ədəbi portretlər ayrıca mövzular kimi təqdim olunur.
Dərs vəsaitində elm, elmi tədqiqatlar, elmi tədqiqatların qnoseoloji əsasları, təcrübi və nəzəri tədqiqatların təşkili, məqsəd və nəticələrin işlənməsi və tələbə elmi-tədqiqat işlərinə baxılmışdır. Həmçinin təcrübənin təşkili və planlaşdırılması, təcrübənin riyazi modelini qurmaq üçün statistik analizdən istifadə edilməsi göstərilmişdir. Dərs vəsaiti magistrantlar, yuxarı kurs tələbələri və elmi-tədqiqatlarla məşğul olanlar üçün nəzərdə tutulmuşdur.