Azərbaycan Yazıçılar Birliyinin üzvü Oqtay Altunbayın “Zülmətdə doğan günəş” bədii-siyasi sənədli tarixi əsəri ulu öndər Heydər Əliyevin ikinci hakimiyyəti dövründə onun rəhbərliyi ilə Azərbaycanın 2500 illik tarixi fonunda bugünkü müstəqil Azərbaycan uğrunda mübarizə tarixidir. Azərbaycanın başında oynanan fəlakət XX əsrin sonunda təkrar olundu. Naxçıvanda Azərbaycanın fəryadını eşidən ulu öndər Heydər Əliyev 1993-cü ilin 15 iyununda özünü Bakıya çatdırdı və Azərbaycanı xilas etdi... Ulu öndər Heydər Əliyevə həsr olunmuş əsər bu türlü epizodlarla zəngindir... Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi əsərin təqdirəlayiq olduğunu bildirib və ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə əsərin nəşrini münasib görüb.
N.N.Salayeva və G.B.Fərəcovanın “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” dərsliyi orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün dərslikdir.
Bu gün "yaşıl iqtisadiyyat" termini qlobal səviyyədə bəşəriyyətin inkişafının ana xətlərindən birini təşkil edir. Bunu Azərbaycan dövləti yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə sübut edir.
Müəllifin bu kitabı ölkəmizin müstəqillik illərində keçdiyi məsuliyyətli, şərəfli yolu dərindən və əsaslı şəkildə təqdim edir. Ümummilli Liderin ideyalarının işığında əldə olunan davamlı inkişafın və möhtəşəm zəfərin müfəssəl təhlili olan kitabda Heydər Əliyevin dövlətçilik təliminin yaşadıb inkişaf etdirilməsi məsələlərinə diqqət yetirilir.
Tərtib olunan dərslik Dövlət Təhsil Standartlarına uyğun hazırlanmış və orta ixtisas müəssisələrinin tələbələri üçün nəzərdə tutulmuşdur. Bu gün "Beynəlxalq poçt rabitəsi" fənni ayrıca bir fənn kimi orta ixtisas təhsili müəssisələrində tədris olunur.