Список электронных книг

Добавить книгу
Steam İnteraktiv Təhsil. Dərs vəsaiti
Steam İnteraktiv Təhsil. Dərs vəsaiti
Elçin Məmməd oğlu Cavadov, Rəqşanə Fəxrəddin qızıI Məmmədova
Bakı г. Elm və təhsil

STEAM - Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil yanaşmasıdır. STEAM təhsil alanlarda tənqidi yanaşma, yaradıcı düşünmə, qazanılan biliklərin müqayisəli şəkildə anlaşılması, yaradıcı formada yeni layihələr əsasında biliyin möhkəmlənməsi, əməkdaşlıq etmə və s. kimi XXI əsr bacarıqlarını formalaşdırır. STEAM fənləri ayrılıqda öyrətmək əvəzinə, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirir

Şuşa: bu qala, bizim qala... (etnoqrafik etüdlər)
Şuşa: bu qala, bizim qala... (etnoqrafik etüdlər)
Babayev Tofiq Ağababa oğlu
Bakı г. Tarix

Respublikanın əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Tofiq Babayevin oxuculara təqdim etdiyi növbəti kitabı Şuşanın şəhər kimi yaranma tarixinə, Qarabağ xanlığının paytaxtına çevrilməsinə, milli şəhərsalma mədəniyyətinin ənənələri əsasında inkişafına, məhəllə adlarının etimologiyası ilə bağlı məsələlərə - onların nəsil, tayfa, peşə-sənət sahələri ilə bağlılıq dərəcəsinə, şəhərin memarlıq quruluşuna, iqtisadi-ticari həyatına, görkəmli şəxsiyyətlərinə və onların Azərbaycanın ictimai fikir tarixində, elm, ədəbiyyat və mədəniyyətin inkişafındakı roluna və s. həsr olunmuşdur.

Relsdən exselə
Relsdən exselə
Ülviyyə Kamransoy
Bakı г. Kompyuter elmləri

Kitab sadəcə Dəmiryolu Logistikasına fokuslanmış və möhkəm baza biliklərini özündə ehtiva edir. Kitabda siz eyni zamanda müasir iş dünyasında önəmli rollardan birini oynayan Excel proqramında praktiki nümunələrlə tanış olaraq, Excel və Dəmiryolu Logistikası haqqında müəllif tərəfindən verilən konkret izahları öyrənəcək və biliklərinizi möhkəmləndirmək imkanı əldə edəcəksiniz

Pnevmatika və pnevmatikdövrələr fənnindən laboratoriya işləri. Metodik vəsait
Pnevmatika və pnevmatikdövrələr fənnindən laboratoriya işləri. Metodik vəsait
Şirzadov F.M., Soltanov M.Ə.
Bakı г. Texnika. Texniki elmlər

Metodik vəsaitdə “Pnevmatika və pnevmatik dövrələr” fənni üçün nəzərdə tutulmuş laboratoriya stendinin texniki imkanlarını nəzərə alaraq, laboratoriya işləri tərtib edilmişdir. Burada bəzi pnevmatik elementlər və simvollar öyrənilmiş, həmin elementlərdən istifadə olunması ilə pnevmatik sxemlər əsasında pnevmatik dövrələrin yığılması, onların funksiyası və iş prinsipi izah olunmuşdur. Tərtib olunmuş sxemlər xüsusi hal olaraq, verilmiş və bu sxemlər əsasında istifadəçilər digər sxemlər də düşünüb təklif edə bilərlər. Metodik vəsait tələbələr və mühəndislər üçün nəzərdə tutulmuşdur

Налоговые системы зарубежных стран : учебник для бакалавриата
Налоговые системы зарубежных стран : учебник для бакалавриата
Губадова А.Э.
Bakı г. İqtisad elmləri

В учебнике рассмотрены сформировавшиеся на современном этапе налоговые системы нескольких экономически развитых и развивающихся стран. Основное внимание уделено вопросам построения важнейших налогов, которые формируют налоговые системы анализируемых стран

Laçın lətifələri
Laçın lətifələri
İlham Qəhrəman
Bakı г. Bədii Ədəbiyyat

Kitabda 30 ilə yaxın müddətdə qaçqın-köçkün həyatı yaşamış Laçın camaatından müəllifin topladığı orijinal lətifələrlə yanaşı Molla Nəsrəddin kimi xalq arasında məşhur gülüş qəhrəmanı ilə bağlı indiyədək heç bir yerdə çap olunmamış lətifələr də yer almışdır