Monoqrafiyada ünsiyyət prosesində mühüm rol oynayan qeyri-verbal vasitələrindən bəhs olunur. Qeyri-verbal ünsiyyət vasitələri nitqin dərk edilməsi və informasiyanın tam şəkildə ötürülməsini təmin edir. Verbal ünsiyyət vasitələri məlumatların sözlərlə göndərilməsini təmin edirsə, qeyri-verbal ünsiyyət vasitələri sözlərdən başqa digər vasitələrlə informasiya mübadiləsinə xidmət edir.
Книга, предлагаемая читателям, основана на процессах трансформации, происходящих в азербайджанском обществе в современных условиях. В ней рассматриваются вопросы создания и развития института президентства в Азербайджане. Кроме того, в книге рассматриваются вопросы, касающиеся тенденций и ключевых игроков в позиционировании Азербайджана во внешнеполитическом пространстве, а также совершенствования государственной политики, формирующей его имидж.
Monoqrafiyada İ.Nəsiminin həyat və yaradıcılığının ümumtəhsil məktəb proqram və dərsliklərində tədqiqi tarixi, şeirlərinin bədii dil xüsusiyyətlərinin öyrənilməsi kontekstində araşdırmalar aparılmış, şairin əsərlərində atalar sözləri və məsəllər, xalq şeiri, miflərdən faydalanmalar və s. nümunələr üzərində təhlil edilmişdir. İ. Nəsiminin həyat və yaradıcılığının tədrisinə dair bölümdə şairin fəlsəfi, əxlaqi didaktik görüşlərinin şəxsiyyətin inkişafına təsiri, ümumtəhsil məktəb şagirdlərinin dünyagörüşlərinin formalaşmasında rolu tədqiq edilərək müəyyənləşdirilmişdir
Bu gün "yaşıl iqtisadiyyat” termini qlobal səviyyədə bəşəriyyətin inkişafının ana xətlərindən birini təşkil edir. Bunu Azərbaycan dövləti yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə sübut edir. Bu üçcildli toplunun 2-ci cildində Azərbaycan Prezidenti İlham Əliyevin “yaşıl iqtisadiyyat”a və ümumulikdə ekoloji siyasətinin ana xəttini təşkil edən sahələrə dair imzaladığı Fərmanlar və Sərəncamlarla daxil edilmişdir. Bu toplu Azərbaycan dövlətinin ekoloji siyasət sahəsində mövcud qanunvericiliyi öyrənənlər üçün zəngin məlumat mənbəyidir
Kitabda Gəncə şəhərinin dövlət rəsmiləri və ictimai xadimlərinin, təhsil, idman və mədəniyyət işçilərinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hakimiyyətdə olduğu 20 il ərzində Azərbaycan dövlətçiliyi üçün sərf etdiyi gərgin əməyin təbliğinə həsr edilmiş yazıları öz əksini tapmışdır. Kitab az tirajla çap olunmasına baxmayaraq, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur
Əhməd Əhdi bin Şəmsi Bağdadinin (ö.h.1002-m.1593-94) “Gülşən-i Şüəra” təzkirəsinin transfoneliterasiyasıdır. Əsərdə Azərbaycan, Türkiyə,Özbəkistan, İran, İraq Misir, Suriya və s. ölkələrdə yaşayan cəmiyyətin müxtəlif təbəqələrinə məxsus şəxslər və şairlər haqqında başqa mənbələrdə olmayan dəyərli məlumatlar və şeirlərindən nümunələr verilmişdir. Əhdi Bağdadinin h.971-ci ildə (m.1563-1564) yazdığı, sonralar əlavələr etdiyi «Gülşən-i Şüəra» təzkirəsi müqəddimə, dörd rövzə (hissə) və xatimədən ibarətdir.