Dərs vəsaiti "Əməyin mühafizəsi və təhlükəsizliyi" fənnindən ali məktəb tələbələrinə kömək məqsədi ilə yazılmışdır. Dərs vəsaitindən ali məktəb tələbələri, kollec, litsey, peşə məktəblərinin müəllimləri və tələbələri də istifadə edə bilər.
Kitabda Azərbaycanın ixtiofaunasının öyrənilməsi tarixi və təsnifat icmalı, təyinedici cədvəllər, dəyirmiağızlıların və balıqların ümumi xarakteristikası, Azərbaycan sularında yayılmış bütün balıq növ və yarımnövlərinin qısa morfobioloji xüsusiyyətləri, su hövzələri üzrə onların yayılması haqqında məlumatlar verilmişdir
Monoqrafiyada Azərbaycan teatrlarında çalışan görkəmli səhnə ustalarının SSRİ xalq artistləri Sidqi Ruhullanın, Ələsgər Ələkbərovun, Hökümə Qurbanovanın, xalq artistləri Həqiqət Rzayevanın, Ağadadaş Qurbanovun, Barat Şəkinskayanın filmdə yaratdıqları obrazlar tədqiqata cəlb olunub.
Kitab Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, parlament Göyçaydan millət vəkili seçilmiş Hacı Hüseyn Hacı Abdulla oğlu Əfəndiyevin (1887‐1920) ictimai‐siyasi fəaliyyətinə həsr olunub. Parlamentdə “Əhrar” partiyasını təmsil edən H.H.Əfədiyev 1920‐ci ilin martında Qarabağda baş vermis erməni qiyamının yatırılmasında könüllü olaraq fəal iştirak edib. XI sovet ordusu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin işğalından (27 aprel 1920‐ci il) dərhal sonra həbs olunub. 7 saylı xüsusi şöbənin müstəntiqinin 3 iyun 1920‐ci il tarixli qərarı ilə güllələnməyə məhkum edilib və hökm icra edilib.
Kitabda Azərbaycan kinolarında personajların nitqində işlənən folklor örnəklərinin bədii-estetik dəyərlərindən danışılır. Kitabda verilmiş fotoşəkillərin onun dəyərini bir qədər də artıracağına şübhə etmirik.
Kitaba böyük Azərbaycan alimi və mütəfəkkiri Xacə Nəsirəddin Tusinin “Övsafül-əşraf” və “Bist bab dər elmi-üstürlab” adlı iki risaləsinin fars dilindən tərcüməsi daxil edilmişdir. “Bist bab dər elmi-üstürlab” ilk dəfə, “Övsafül-əşraf” isə müəyyən düzəlişlərlə təkrarən nəşr olunur