Kitabda paralel hesablama sistemləri haqqında ümumi məlumat verilmiş, bu çür sistemlərin qurulma prinsipi, iş prinsipləri təhlil edilmişdir. Bu məqsədlə bu bölmədə paralel hesablama sistemlərinin təsnifatı, proqramlaşdırma modelləri: SİSD, SİMD, MİMD arxitekturaları və paralellik məsələləri və s. izah edilmişdi
Kompüter arxitekturasını öyrənən subbakalavrlar, eləcə də kompüterlərin strukturu və fəaliyyətini daha dərindən başa düşmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Kitabda Azərbaycan aşıq sənətinin əvəzsiz ustadlarından olan Molla Cümənin həyat və yaradıcılığının müxtəlif tərəfləri geniş şəkildə təhlil olunmuşdur. Ustad aşığın ayrı-ayrı mənbələrdə, xalq yaradıcılığı bilicilərinin yaddaşında olan şeirləri, haqqında danışılanlar toplanıb şərh edilmişdir. Bir sıra mübahisəli məqamlara aydınlıq gətirilmiş, M.Cümə irsinin elmi-nəzəri təhlili verilmişdir.
Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin istiqlal mövzusunda yazmış olduğu poeziya nümunələri təhlil obyektinə çevrilmişdir.
«Dövlət idarəetməsi: nəzəriyyə və praktika» adlı monoqrafiya idarəetmənin mahiyyəti, məzmunu, mexanizmi, həmçinin insanın həyat fəaliyyətində, dövlətçilik sistemində – dövlət, dövlət hakimiyyəti, dövlət aparatı və dövlət qulluğunda onun yeri və rolu sosial, siyasi v. hüquqi aspektlərdə təhlil edilir. İdarəetmə universal fenomen kimi «təbii» qanunlara - hər yerdə və həmişə qüvvədə olan prinsip və qaydalara əsaslanır. Kibernetikanın fundamental anlayışı olmaqla o, eyni prinsiplərlə canlı aləmdə, cəmiyyətdə, texnikada tətbiq olunur, icra hakimiyyəti ilə yanaşı, bütün hakimiyyət qollarında təşkilatlat daxili fəaliyyətdə istifadə olunur
Qərbi Azərbaycandan Deportasiya, İmirlidə məskunlaşma (hüquq və tarix kontekstində)” kitabında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Müvəkkil Hüquq Mərkəzinin "Qərbi Azərbaycan haqqında tarixi həqiqətlərin araşdırılması və təbliği" layihəsi çərçivəsində Dərələyəz mahalının Çivə, Sallı, Qozulca, Göyçə mahalının Mollalı, Vedibasar mahalının Hortun kəndinin əhalisinin öz dogma yurdlarından İosif Stalinin qərarı ilə deportasiya edilərək Bərdə rayonunun İmirli kəndində məskunlaşmasının hansı tarixi şəraitdə baş verməsi, deportasiyanın hüquqi aspektləri araşdırılmış və bu aksiyaya məruz qalmış insanların şəxsi hekayələri toplanmışdır