Monoqrafiya Azərbaycanda hazırlanan əlyazma və çap kitablarının tədqiqat obyektinə cevrilərək araşdırıldığı ilk təcrübə, Azərbaycan kitabının bədii-texniki tərtibatı tarixinə həsr olunmuş ilk əsaslı elmi-tədqiqat işidir.
Kitabda sahibkarlığın iqtisadi mahiyyəti və növləri, kiçik və orta sahibkarlığın iqtisadiyyatın davamlı inkişafında rolu, kiçik və orta sahibkarlığa dəstək sistemi və vergitutma açıqlanmışdır. Kiçik və orta sahibkarlığın təşkili, firmadaxili planlaşdırılması, rəqabət strategiyası, maliyyələşdirilməsi, perspektiv formaları, sosial-psixoloji aspektləri, habelə onun effektiv idarə olunmasının əsas problemləri müasir dövlət təhsil standartlarının to ləbləri nəzərə almaqla ətraflı şərh edilmişdir. Dorslik-monoqrafiya "Biznesin idarə edilməsi" və "Menecment" ixtisasları üzrə təhsil alan ali təhsil müəssisələrinın tələbələri üçün nəzərdə tutulmuşdur. Ondan həmçinin sahibkarlar, biznesmenlər, doktorantlar və digər maraqlanan şəxsior faydalana bilərlər.
Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın əmək-daşları tərəfindən tarixi romanların müəllifi kimi tanınan, Xalq yazıcısı Əzizə Cəfərzadənin 100 illik yubileyi münasibətilə biblioqrafik göstərici tərtib edilmişdir. Göstəricidə yazıçının həyat və yaradıcılığı haqqında məlumatlar, həyat və yaradıcılı-ğının əsas tarixləri, görkəmli şəxslərin onun haqqında söylədiyi fikirlər, o cümlədən yazıçının ədəbi düşüncələri və yazıçı dost-ları haqqında fikirləri, yaradıcılığından seçmələr öz əksini tapmışdır.
Bu cilddə müəllifin uşaqlar üçün yazdığı şeirlər və hekayələr toplanmışdır. Uşaqlar üçün maraqlı olan əmək-sevərlik, vətənpərvərlik, azadlıq, istiqlaliyyət, bayramlar, təbiət, quşlar, fəsillər, insanlar və tarixi hadisələr haqqında məlumatverici lirik, estetik təsirli şeirlər topluda yer almışdır. Şeirlərin bir çoxuna bəstəkarlar tərəfindən musiqi yazılmışdır. Topludakı şeir və hekayələrdən tədris materialı kimi də istifadə etmək olar.
Bu cilddə müəllifin böyüyən nəslin mənəvi tərbiyəsindən bəhs edən "Hayatın astanasında" əsəri və 1970-ci ildən başlayaraq Azarbaycan Televiziyasında müəllifi və aparıcısı olduğu verilişlərdən mətnlər daxil edilmişdir. Ümumilikdə, bu cild yeniyetmələrin və gənclərin əxlaqi-mənəvi tərbiyəsi məsələlərini əhatə edir. Kitab təhsil sahəsində çalışanlar, tədqiqatçılar, gənclər, eləcə də geniş oxucu dairəsi üçün əhəmiyyətlidir.
XIX əsrin 30-cu illərindən XX əsrin əvvəllərinədək yaşamış klassik poeziya ənənələrini davam etdirən, oxucularında cəmiyyətin nöqsanlarına ətalətə, mövhumata, cəhalətə qarşı kəskin tənqidi münasibət oyadan, dövrünün müasir həyat hadisələrini təsvir edən şairlərindən biri də İsmayıl bəy Nakam idi. Azərbaycan ədəbiyyatı tarixinin inkişafında rol oynamış gözəl sənətkar, nəcib insan İsmayıl bəy Nakamın ən gözəl cəhətlərindən biri əsərlərində mənsub olduğu xalqı, həyat həqiqətlərinə sədaqəti, realizmi, xəlqiliyi göstərməyidir.