Azərbaycan Respublikasının Milli Məclisi: V çağırış
Nəşr: Azərbaycan Respublikası Milli Məclisinin nəşri
Nəşr yeri: Bakı
Sahə: Dövlətçilik, Siyasət
Tarix: 2016
Xülasə
1918–1920-ci illərdə cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk parlamentimiz Azərbaycanın gələcək həyatı üçün dəyərli işlər görə bilmişdi. Bu işlər sayəsində Şərq aləmində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi təməli yaradılmışdı. Dövlət bayrağı və himni qəbul edilmiş, ana dili dövlət dili elan olunmuşdu.
Kitabı paylaş