Azərbaycan şifahi xalq ədəbiyyatı

Azərbaycan şifahi xalq ədəbiyyatı

Müəllif: Paşa Əfəndiyev
Nəşr: Maarif
Nəşr yeri: Bakı
Sahə: Ədəbiyyat və dilçilik
Tarix: 1981

Xülasə

40 ildən artıqdır ki, ali məktəblərimizin filologiya fakültələrində “Şifahi xalq ədəbiyyatı” Azərbaycan ədəbiyyatı tarixinin başlanğıc kursu kimi tədris edilir. Şifahi ədəbiyyatın müstəqil fənn kimi öyrənilməyə başlandığı vaxtdan keçən müddət ərzində kursun mühazirə saatları xeyli artmış, xalqımızın minillik tarixini əhatə edən xalq ədəbiyyatının yaranma dövrü və inkişaf xüsusiyyətləri, janrları, dünya xalqlarının yaratdığı zəngin şifahi yaradıcılıq xəzinəsində tutduğu mövqe elmi-nəzəri ədəbiyyatda bu və ya digər şəkildə şərh olunmuşdur.