Azərbaycan şifahi xalq ədəbiyyatı (Müasir aktual problemlər)

Azərbaycan şifahi xalq ədəbiyyatı (Müasir aktual problemlər)

Müəllif: Əliyev Ramil Manaf oğlu
Nəşr yeri: Bakı
Sahə: Ədəbiyyat və dilçilik
Tarix: 2014

Xülasə

Azərbaycan xalqının poetik şifahi xalq yaradıcılığı ənənəvi mədəniyyətin əsas tərkib hissələrindən birini təşkil edir. Folklor da daxil olmaqla hər bir mənəvi mədəniyyət müəyyən tarixi-ictimai şəraitdən asılıdır və real məzmun daşıyır, həmişə xalqın həyat şəraiti və məişəti ilə sıx bağlıdır, özündə xalqın bütöv keçmişini, yaşadığı və yaşayacağı dövrün bu və ya digər xüsusiyyətlərini, insanların istəklərini, ən xoş arzularını əks etdirir. Görkəmli ədibimiz Yusif Vəzir Çəmənzəminli yazır: “Bu sahədə tədqiqə o qədər lüzum vardır ki, bunsuz xalq ədəbiyyatının təhlili yarımçıq qalır, çünki xalqı öyrənmənin başlıca yolu onun dimağı məhsullarının toplanmasından daha əfsəl o məhsulların açarını tapmaqdır. Bu “açar” da həyatımızın elmi və tarixi tədqiqindən ibarətdir”.