Azərbaycan uşaq folkloru

Azərbaycan uşaq folkloru

Nəşr: Ağrıdağ
Nəşr yeri: Bakı
Sahə: Ədəbiyyat və dilçilik
Tarix: 2011

Xülasə

Azərbaycan-uşaq folklore (mətn). Toplayanı, tərtib edəni və ön sözün müəllifi Ramazan Qafarlı. Bakı, “Ağrıdağ”, 2011, 469 səh. Şifahi xalq ədəbiyyatının mühüm qollarından birini təşkil edən uşaq folkloru minlərlə dinləyicisini, oxucusunu uşaq aləminə səyahətə aparır, mahir bələdçi kimi onlara körpələrin istəklərini, arzularını, oyunlarını, əyləncələrini, məşğuliyyətlərini, psixologiyasını göstərir. Ən ümdəsi isə Azərbaycan türklərinin milli xüsusiyyətlərini, mənəvi dünyasını, adət-ənənələrini canlandıra bilir və keçmişinin qaranlıq səhifələrinə aydınlıq gətirir. Kitabda Azərbaycan türklərinin uşaq folkloru ilk dəfə sistemli şəkildə toplanaraq oxuculara təqdim olunur.