Azərbaycanda humanizm meyillərinin yaranması və inkişafı

Azərbaycanda humanizm meyillərinin yaranması və inkişafı

Müəllif: Əhmədzadə Abdulhəlim
Nəşr: Elm və təhsil
Nəşr yeri: Bakı
Sahə: Tarix
Tarix: 2014

Xülasə

Bu əsər müasir Azərbaycan ictimai fikrin tarixində təqdim olunan mövzu üzrə ilk kitabdır. Dörd fəsildən ibarət, monoqrafiya üslubunda yazılmış bu əsərdə,inzibati vahid kimi Həmədandan Dərbəndə kimi mövcud olmuş Azərbaycanda ta qədim zamanlardan humanizm meyllərinin yaranmasına təkan vermiş şəfqət, mədəniyyət və elmin inkişafının təsviri ilə bərabər, XX əsrdə Qafqaz Azərbaycanında xalqımızın təşəkkül tarixində mühüm rol oynamış müasir sosial-siyasi, milli-mədəniyyət və iqtisadi-təsərrüfat strukturlarının intensiv fəaliyyəti dövrlərində də mötədil ictimai fikrin,ümumbəşəri həmrəylik və ictimai-humanitar təşkilatların yaranması və fəaliyyəti şərh olunur, bunların əsasında xeyirxahlıq, qayğıkeşlik,qonaqpərvəplik, yardımçılıq və sairə humanist xüsusiyyətlərin daha da artıb inkişaf etməsi təsvir olunmuşdur.