Azsaylı xalqların folkloru: I kitab
Nəşr: Elm və təhsil
Nəşr yeri: Bakı
Sahə: Ədəbiyyat və dilçilik
Tarix: 2014
Xülasə
Strabonun yazdığına görə, Qafqaz Albaniyasında 26 soy və xalq yaşamaqda idi ki, bunlardan albanlar, massagetlər, qarqarlar, saklar, kəngərlər, çullar, beçeneqlər (oğuzlar), kumanlar, kerqillər, suvarlar, bulqarlar, hunlar, xəzərlər, dondarlar, labanlar (lpinlər), qaytaqlar və s. türk soy və boyları idilər və ölkə əhalisinin böyük əksəriyyətini təşkil edirdilər. Eyni zamanda dağlıq bölgələrdə, əski Andiya və Mazamua ərazisində udinlər, ciqblər, silvlər (çilblər), herlər, qatlar (xınalıqlılar və buduqlar), leqlər (ləzgilər və laklar), boxlar (ubıxlar), gellər və digər qafqazdilli tayfalar da yaşayırdılar. Bu xalqlar azsaylı idilər və ölkənin siyasi, iqtisadi və mədəni həyatında önəmli bir rola sahib deyildilər. Onların nəsilləri bu gün də Dağıstanda və Azərbaycanın şimaldakı dağlıq ərazilərində yaşamaqdadırlar.
Kitabı paylaş