Elm və təhsil fədaisi
Müəllif: Məhərrəmov A.M., Şahbazov F.H.
Nəşr yeri: Bakı
Sahə: Elm və təhsil
Tarix: 2018
Xülasə
Bu kitab uzun illər Azərbaycan iqtisad elmində fədəkarcasına çalışmış və bütün ömrünü iqtisadiyyat sahəsində ixtisaslı kadrların hazırlanmasına və elmi araşdırmalara həsr etmış Xosrov Şərafəddin oğlu Kərimovun əziz xatirəsinə tələbələri tərəfindən hazırlanmışdır. Bu kitabda siz X.Ş.Kərimovun həyat və yaradıcılığı ilə tanış olacaq, onun alim, müəllim və sadə bir insan kimi cəmiyyətdəki mövqeyi haqqında yaxın dostlarının, kolleqalarının və tələbələrinin yaddaşında həkk olunan silinməz izi görəcəksiniz. Burada müəllifin elmi əsərləri öz dərin elmi mühakimələri ilə toplanmışdır. Eyni zamanda cümhuriyyət dövrünün iqtisadi siyasətinə Xosrov Kərimovun elmi yanaşması kitaba zənginlik qatmaqdadır. Hesab edirik ki, bütün bunlar kitabla ünsiyyət edən hər kəsə fayda verəcəkdir.
Kitabı paylaş