Ərəb və fars sözləri lüğəti (Azərbaycan klassik ədəbiyyatını oxumaq üçün)
Nəşr: Azərbaycan SSR Elmlər Akademiyası
Nəşr yeri: Bakı
Sahə: Ədəbiyyat və dilçilik
Tarix: 1967
Xülasə
Oxuculara təqdim olunan bu lüğətin ilk variantı hələ Böyük Vətən müharibəsindən əvvəl keçmiş Lüğətlər İnstitutunda hazırlanmışdı. Onun sözlüyü, o zaman qəbul edilmiş təlimata görə, əsasən M. F. Axundovdan sonrakı dövr şair və yazıçılarının əsərləri əsasında qurulmuşdu. Buna görə də Azərbaycan klassik ədəbiyyatının daha əvvəlki dövrlərdə yaşamış Nəsimi, Kişvəri, Xətai, Füzuli kimi nümayəndələrinin əsərlərində təsadüf edilən və müasir oxucu üçün anlaşılımayan bir çox ərəb və fars sözləri lüğətə daxil edilməmişdi.
Kitabı paylaş