Fəlsəfə philosophy: ali məktəblər üçün dərslik
Müəllif: Şasəddin Mikayılov
Nəşr: ADPU nəşriyyatı
Nəşr yeri: Bakı
Sahə: Fəlsəfə
Tarix: 2024
Xülasə
Dərslikdə fəlsəfi biliklərin təşəkkülü və inkişaf prosesi, bu elmin ən köklü problemləri olan spesifik məsələlər – şüur, materiya, insan, təbiət, cəmiyyət, varlıq, əxlaq, din, idrak, təfəkkür, elm, mədəniyyət və s. kimi anlayışların səciyyəvi cəhətləri təhlil olunur. Bu anlayışların mahiyyəti fəlsəfi aspektdən araşdırılır, bir çox tədqiqatçıların çoxsaylı elmi mövqeləri müqayisəli təhlil olunur, elmi-əməli əhəmiyyət daşıyan tövsiyə xarakterli mülahizə və mühakimələr yürüdülür. Dərslikdə yeni bölmələr öz əksini tapmış, həm ölkəmizdə, həm də xaricdə çap olunmuş materiallardan istifadə edilmişdir. Kitab tələbələr, magistrlər, müəllimlər, filosoflar, sosioloqlar, politoloqlar, ümumiyyətlə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Kitabı paylaş