Fövqəladə hallarda insan hüquqlarının müdafiəsi: problemlər və imkanlar mövzusunda  Ombudsmanların X Bakı Beynəlxalq Konfransının materialları

Fövqəladə hallarda insan hüquqlarının müdafiəsi: problemlər və imkanlar mövzusunda Ombudsmanların X Bakı Beynəlxalq Konfransının materialları

Nəşr yeri: Bakı
Sahə: Hüquq
Tarix: 2012

Xülasə

Azərbaycan xalqının əvəzsiz tarixi nailiyyəti olan dövlət müstəqilliyimizin 20 ili artıq arxada qalmışdır. Xalqımız ikinci dəfə öz müstəqil dövlətini qurmuş və yaşatmaqdadır. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsinə, xalqın firavanlığı və ölkənin davamlı inkişafına xidmət edən siyasi kursun həyata keçirilməsi nəticəsində ictimai-siyasi sabitlik, qanunun aliliyi təmin edildi, insan hüquq və azadlıqlarının qorunması sahəsində real addımlar atıldı, bununla da Azərbaycanın beynəlxalq münasibətlər sistemində
iştirakının yeni mərhələsi başlandı və ölkəmiz bu sistemdə özünəməxsus mövqelər qazanan müstəqil tərəfə çevrildi.