Hindistan etnoqrafiyası: maddi mədəniyyət: I cild

Hindistan etnoqrafiyası: maddi mədəniyyət: I cild

Müəllif: Əliyev-Ayvazalı Bəhmən
Nəşr: Elm və təhsil
Nəşr yeri: Bakı
Sahə: Mədəniyyət
Tarix: 2017

Xülasə

“Hindistan etnoqrafiyası (maddi mədəniyət)” adlı dərs vəsaitində Hindistanın tədqiqinin mərhələləri, Hindistan etnoqrafiya (antropologiya, etnologiya) elminin yaranması və inkişafı əksini tapmışdır. Hindistanın tarixi-etnoqrafik səciyyəsi oçerklər şəklində qədimdən müasir dövrədək verilmiş, tarixə maddi və mənəvi mədəniyyətin inkişafı müstəvisində baxılmışdır. Kitabda Hindistanın coğrafi şəraiti və iqliminin təsərrüfat həyatına təsiri, təsərrüfatın xüsusiyyətləri, aqrar islahatların təsərrüfata təsiri, maddi mədəniyyət (yaşayış məskənləri və evləri, geyimlər və bəzəklər, yemək və içkilər və s.), sənətkarlıq araşdırılmışdır. Əsər Hindistanşünaslıq üzrə ixtisas təhsili alan ali məktəb tələbələri, magistrlər, Hindistan etnoqrafiyası ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulur.