İnkişaf - məqsədimizdir: altmışıncı kitab: oktyabr 2013-dekabr 2013

İnkişaf - məqsədimizdir: altmışıncı kitab: oktyabr 2013-dekabr 2013

Müəllif: Əliyev İlham Heydər oğlu
Nəşr: Azərnəşr
Nəşr yeri: Bakı
Sahə: Dövlətçilik, Siyasət
Tarix: 2018

Xülasə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oxuculara təqdim olunan «İnkişaf–məqsədimizdir» çoxcildliyinin bu cildində III Bakı Beynəlxalq Humanitar Forumunda, həmçinin «Şahdəniz-2» üzrə yekun investisiya qərarının imzalanması mərasimində iştirak etmək üçün ölkəmizə gəlmiş dünyanın nüfuzlu ictimai-siyasi və dövlət xadimləri ilə, beynəlxalq qurumların, şirkət və konsorsiumların rəhbərləri ilə görüş və danışıqlarına dair materiallar yer almışdır. Dövlətimizin başçısı mərasimdə vurğuladı ki, «Şahdəniz2» layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə, Trans–Anadolu
və Trans–Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək.