İnkişaf - məqsədimizdir: səksən dördüncü kitab: noyabr 2017-yanvar 2018
Müəllif: Əliyev İlham Heydər oğlu
Nəşr: Azərnəşr
Nəşr yeri: Bakı
Sahə: Dövlətçilik, Siyasət
Tarix: 2019
Xülasə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oxuculara təqdim olunan «İnkişaf–məqsədimizdir» çoxcildliyinin bu cildində dövlət başçısının Türkiyə Respublikasına və Rusiya Federasiyasına səfəri, həmçinin Bolqarıstan Respublikası Prezidentinin Azərbaycana səfəri zamanı bu ölkələrin dövlət və hökumət rəhbərləri ilə görüş və danışıqları, enerji və qeyri-neft sektoru, kənd təsərrüfatı sahələrinə aid bağlanan müqavilələr, təhsil və mədəniyyət məsələləri ilə bağlı anlaşma və hərtərəfli əməkdaşlıq müzakirələrinə dair materiallar toplanmışdır.
Kitabı paylaş