Mənəvi‐estetik dəyərlər:  mahiyyəti, tarixi və bu günü

Mənəvi‐estetik dəyərlər: mahiyyəti, tarixi və bu günü

Müəllif: Əsədova Nailə
Nəşr: QHT nəşriyyatı
Nəşr yeri: Bakı
Sahə: Fəlsəfə
Tarix: 2017

Xülasə

Əsər iki fəsildən ibarət tərtib olunmuşdur. Birinci fəsil “estetik təfəkkür” anlayışının fəlsəfi rakursda təhlili və onun mənəvi əsaslarının müəyyənləşdirilməsi ilə
bağlıdır. Burada “estetik təfəkkür” anlayışına onun başlıca xüsusiyyəti əsasında müəllif tərəfindən tərif verilir, estetik təfəkkürün ontoloji əsasları mənəvi dəyərlər fonunda müəyyənləşdirilir, tədqiqatın özül anlayışları vahid bir əsasda tarazlığa gətirilir. İkinci fəsildə mənəvi‐estetik dəyərlər tarixi kontekstdə araşdırılır və onların başlıca təkamül mərhələləri müəyyənləşdirilir. Burada qədim dövr estetik təfəkkürü kosmosentrizm prinsipi əsasında, orta əsr estetik təfəkkürü teosentrik paradiqma kontekstində, Yeni dövr estetik təfəkkürü isə analitik elmi paradiqma əsasında tədqiq edilir. Burada estetik təfəkkürdə son paradiqma əvəzlənməsi kimi analitik estetik təfəkkürün postmodernist estetik təfəkkürə transformasiyası nəzərdən keçirilir.