Mir Cəlal-110

Mir Cəlal-110

Nəşr: Elm və təhsil
Nəşr yeri: Bakı
Sahə: Ədəbiyyat və dilçilik
Tarix: 2018

Xülasə

Böyük ədib və ictimai xadim Mir Cəlal Paşayev (1908-1978) çoxcəhətli yaradıcılıq fəaliyyətinə malikdir. Bədii yaradıcılıq, publisistika və elmi fəaliyyət onun yaradıcılığının qanadlarıdır. Mir Cəlalın publisistikası Azərbaycan mətbuat dünyasında sadə və aydın məzmunu, geniş bədiilik imkanları, cəlbedici dili və üslubu ilə səciyyələnir. Hətta yazıçının bəzi publisistika nümunələri bədiilik xüsusiyyətlərinə görə hekayə təəssüratı yaradır.