Multikulturalizmə giriş

Multikulturalizmə giriş

Müəllif: Hacıyev Akif Novruz oğlu, Cəfərova Esmira Hilal qızı, Məmmədov İlham Mabud oğlu
Nəşr: Mütərcim
Nəşr yeri: Bakı
Sahə: Elm və təhsil
Tarix: 2018

Xülasə

Kitab alternativ elmi-kütləvi ədəbiyyat qismində, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində təhsil alan tələbələrin, həmçinin geniş oxucu auditoriyasının multikulturalizm ideyaları haqqındakı mövcud elmi-nəzəri biliklərini artırmalarına kömək etmək məqsədilə tərtib edilmişdir. Kitabda multikulturalizmin təşəkkülü və inkişafı, onun müasir dünyanın müxtəlif ölkələrində dövlət siyasəti kimi özünü təsdiq etməsi, cəmiyyətin ictimai-fəlsəfi və ədəbi-bədii fikir tarixində tolerant və multikultural bəşəri idealların təkamülü, çağdaş Azərbaycan multikulturalizminin spesifik xüsusiyyətləri və multikulturalizm siyasətinin müasir dövrdə mövcud olan problemləri və perspektivləri ardıcıl və metodiki şəkildə təhlil olmuşdur.