Qafqazda islam
Müəllif: Paşazadə A. Ş.
Nəşr: Azənəşr
Nəşr yeri: Bakı
Sahə: Din
Tarix: 1991
Xülasə
Oxuculara təqdim edilən bu kitabda islamın Qafqazda yayılması və təşəkkül tapması, burada yaşayan bir çox xalqların mənəvi mədəniyyətinə təsiri məsələləri araşdırılır. Orta əsrlər Azərbaycanında elmin, fəlsəfənin, ədəbiyyat və incəsənətin inkişaf yönümlərini, əxlaqi qayə və dəyərlərini müəyyən etmək işində islamdan necə istifadə olunması məsələsinə həsr edilmiş hissə böyük maraq doğurur. Müəllifin orta əsr Azərbaycan mütəfəkkirlərinin əqidə və məfkurə yönümləri barədə bir sıra yeni və cəsarətli fikirləri onların dünyagörüşlərinin səciyyəsinə dair indiyə kimi məqbul sayılan bəzi baxışların yenidən incələnməsi və dəqiqləşdirilməsi məsələsinin nə qədər ciddi olduğunu bir daha göstərir.
Kitabı paylaş