Quranın təfsiri və tərcüməsi tarixi
Müəllif: Şeyxülislam Allahşükür Paşazadə
Nəşr yeri: Bakı
Sahə: Din
Tarix: 1998
Xülasə
Dünya mədəniyyətinin ən uğurlu nailiyyətlərindən olan kitab sənətinin çoxəsrlik tarixində bəlkə də Qur’an kimi ikinci bir kitab tapmaq çətindir ki, ona xidmət yolunda bu qədər insan əməyi, zəkası, istedadı, ömrü sərf edilmiş olsun. Neçə-neçə nəsil Qur’an hafizləri, qarilər, mühəddislər, müfəssirlər, mütəkəllimlər, nəhvilər, mütərcimlər, habelə başqa sənət sahibləri — katiblər, xəttatlar, rəssamlar və cildçilər öz həyatlarını belə bir şərəfli və fədakar əməyə həsr etmiş, çalışmışlar ki, Hidayət Kitabı möminlərə öz ilkin saflığını, ilahi dürüstlüyünü, mənalarının səhihliyini qoruyub saxlamış halda, onun üçün müəyyən edilmiş müqəddəs risaləyə müvafiq şəkildə çatdırılsın.
Kitabı paylaş