Stilini qoru modanı izlə
Müəllif: Türkanə İsmayılova, Elnarə Bəkirova
Nəşr: Aspoliqraf
Nəşr yeri: Bakı
Sahə: Sosial elmlər
Tarix: 2018
Xülasə
"Moda” sözü latınca "modis” kəlməsindən əmələ gəlib və üsul, dəb, tərz, manera mənasını ifadə edir. Məsələn, həyat tərzi, geyim tərzi, davranış üsulu, yeriş manerası və s. bu ifadələrlə sıx əlaqədardır. Gözəllik və zövq anlayışlarnı özündə cəmləşdirən moda cəmiyyətə dəyişiklik ehtiyacı və ya bəzənmək arzusu ilə daxil olan keçici yenilikdir. Amma hər yenilik də dəb hesab olunmur. Çünki hər bir yaranan yenilik əvvəlkindən daha rahat, daha uyğun, daha gözəl, daha fərqli, daha keyfiyyətli və s. olmalıdır. Başqa sözlə desək, dəbə gələn yenilik əvvəlkini təkrarlamamalıdır.
Kitabı paylaş