Ümummilli lider Heydər Əliyev – 100: Daycest

Ümummilli lider Heydər Əliyev – 100: Daycest

Müəllif: Məlahət Əhmədli
Nəşr: AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanası
Nəşr yeri: Naxçıvan
Sahə: Dövlətçilik, Siyasət
Tarix: 2023

Xülasə

Daycest - (“digest”- ingilis dilindən tərcümədə “xülasə”, “toplu” mənasını verir) çap olunmuş dövri nəşrlər haqqında qısa xülasədən ibarət siyahı və ya çap kataloqu kimi də izah edilir. Daycestlərin hazırlanması müəyyən bir mövzu və ya kitabxanaçıları daha çox narahat edən hər hansı aktual məsələ ilə bağlı daha dərin və ətraflı tədqiqat aparmağa, müxtəlif mənbələrdə çap olunmuş materialların (əsasən dövri nəşrlər) qısa xülasəsini əks etdirməklə onu geniş ictimaiyyətin diqqətinə çatdırmağa xidmət edir. Daycestdə məqalələr illər üzrə əlifba ardıcıllığı ilə verilir. Sizə təqdim edəcəyimiz Daycestdə AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının və
müxtəlif müəlliflərin Ulu öndər Heydər Əliyevin həyatı, fəaliyyəti ilə bağlı yazdıqları məqalələr araşdırılmış, qısa məzmunları verilmişdir.