XI-XII əsrlər türk dillərinin etnoqrafik leksikası
Müəllif: Şəbnəm Həsənli-Qəribova
Nəşr yeri: Bakı
Sahə: Tarix
Tarix: 2015
Xülasə
Monoqrafiyada XI-XII əsrlər türk dillərinin etnoqrafik leksikası diaxron və sinxron aspektdə tədqiqata cəlb edilmiş, etnoqrafizmlər leksik-semantik və etimoloji cəhətdən təhlil olunmuşdur. Etnoqrafizmlərin yaranma yolları, sosiolingvistik amillərin təsiri ilə inkişafı etnolingvistik təhlilə cəlb olunmuşdur. Əsər türk dillərinin, o cümlədən Azərbaycan dilinin tarixi leksikası və qrammatikası ilə bağlı tədqiqatlarda, həmçinin türk dillərinin tarixi, etimoloji, dialektoloji lüğətlərinin hazırlanmasında mənbə rolu oynamaqla bərabər, ali məktəb tələbələri, magistrant və bu sahə mütəxəssisləri üçün faydalı ola bilər.
Kitabı paylaş