XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və Elmi-nəzəri konfrans materiallarıpraktiki yanaşmalar mövzusunda (3 may)

XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və Elmi-nəzəri konfrans materiallarıpraktiki yanaşmalar mövzusunda (3 may)

Nəşr: Şərq-Qərb
Nəşr yeri: Bakı
Sahə: Elm və təhsil
Tarix: 2018

Xülasə

XX əsrin ikinci yarısında qəbul edilmiş digər demokratik dövlətlərin konstitusiyaları kimi, Azərbaycan Respublikasının Konstitusiyasında da insan hüquq və azadlıqlarının nizamlanması əsas yerlərdən birini tutur və burada həmin hüquq və azadlıqların geniş siyahısının təsbit olunmasının şahidi oluruq. Əksər hallarda
konstitusion-hüquqi tənzimləmənin xüsusiyyətləri insan hüquqlarına dair bir sıra konstitusion müddəaların qısa və mücərrəd formada təsbitini zəruri etmişdir ki, bu da həmin hüquqların kifayət qədər geniş münasibətlər dairəsini əhatə etməsinə və nəticə etibarilə geniş müdafiə potensialına malik olmasına səbəb olmuşdur. Bu zaman
təcrübədə həmin hüquqların məzmununun konstitusiya məhkəmələri tərəfindən necə təfsir edilməsindən çox şey asılı olur.