Список электронных книг

Добавить книгу
Seçilmiş əsərləri - IV cild
Seçilmiş əsərləri - IV cild
Əjdər Ağayev
Bakı г. Bədii Ədəbiyyat

Bu cilddə müəllifin təhsil nəzəriyyəsi və təcrübəsinə aid əsərlərinin bir qismi yer tutur. Təqdim edilən məqalələrdə hər zaman aktual olan mənəvi tərbiyə məsələləri, qabaqcıl məktəb təcrübəsi, təlim, tədris, idarəetmə, hüquq və iqtisadi tərbiyə, fasiləsiz təhsil və digər məsələlər şərh olunur. Bu əsərlər Azərbaycanda təhsil, təlim, tərbiyə təcrübəsini və pedaqoji elmin inkişafını öyrənmək imkanı verir. Kitab tahsil sahəsində çalışanlar, tədqiqatçılar, eləcə də geniş oxucu dairəsi üçün əhəmniyyətlidir. Əsərlərin tabdil edilmasina, ideya və fikirləri kiminsə özününküləşdirməsinə, plagiat istifadəsinə icazə verilmir.

Seçilmiş əsərləri - III cild
Seçilmiş əsərləri - III cild
Əjdər Ağayev
Bakı г. Bədii Ədəbiyyat

Bu cilddə Azərbaycan ictimai-pedaqoji fikrində şəxsiyyətin formalaşması ideyasının qaynaqları, şəxsiyyətin mahiyyəti və onun formalaşmasına təsir edən amillər haqqında fikirlər, şəxsiyyət tərbiyəsinin məzmunu, vəzifələri, vasitələri, prinsip və metodları geniş təhlil olunur, milli tarbiyanin elmi-pedaqoji əsasları şərh edilir, müasir şəraitdə şəxsiyyətin formalaşdırılması işində tarixi-nəzəri fikir və təcrübədən istifadə imkanları göstərilir. Eyni zamanda, müəllifin pedaqogika tarixinə aid məqalələri və kitablara rəyləri yer tutur. Kitab ali pedaqoji məktəblərin müəllim və tələbələri, magistr və doktorantları, həmçinin pedaqoji fəaliyyət göstərən şəxslər və maraqlanan hər kəs üçün əhəmiyyətlidir. Cilddəki materiallardan tədris vəsaiti kimi istifadə etmək olar. Əsərlərin təbdil edilməsinə, ideya və fikirləri kiminsə özününküləş dirməsinə, plagiat istifadəsinə icazə verilmir.

Vüsal rəqsi (şeir kitabı)
Vüsal rəqsi (şeir kitabı)
Valeh Heydər
Bakı г. Bədii Ədəbiyyat

Əziz oxucular! Sizlərlə Vüsal rəqsi şeir və hekayələrdən ibarət üçüncü kitabımla yenidən görüşə gəldim. Əsasən vətən həsrətinə köklənmiş bu kitabda ham da xalqınızın və dövlətimizin böyük qələbəsi tərənnüm olunmuş dur. Kitabda insanları milli mənəvi dəyərlərə səsləyən əsərlərin də sayı çoxdur. Kitab haqqında geniş yazmaq fikrində deyilam, istəyirəm ki oxucuların rəyi öz qənaətlərinə əsaslansım. Əminəm ki, bu kitab oxucuların könlünü oxşayıb onların ruhuna mənəvi zənginlik qatacaq. Dünyamızı oxumaqla dərk va fəth edənlərdən olun, əzizlərim! Uğur sizlərlə olsun!

Təməldən əmələ (ədəbi düşüncələr)
Təməldən əmələ (ədəbi düşüncələr)
Əjdər Ağayev
Bakı г. Elm və təhsil

Kitabda müəllifin ədəbi düşüncələrinin məhsulu olan məqalələri toplanmışdır. Yarım əsrlik bir dövrdə qələmə alınmış bu yazılar təkcə müəllifin ədəbi baxışları haqqında deyil, onun mövzu dairəsi və inkişaf dinamikası haqqında da aydın təsəvvür yaradır.

Heydər Əliyev: şəxsiyyət və zaman.1990-1993, V hissə
Heydər Əliyev: şəxsiyyət və zaman.1990-1993, V hissə
Axundova Elmira Hüseyn qızı
Bakı г. Dövlətçilik, Siyasət

Tanınmış Azərbaycan yazıçısı, publisisti, ictimai xadimi Elmira Axundova Heydər Əliyevin ilk bioqraflarındandır. Onun dahi şəxsiyyətin siyasi bioqrafiyasının müxtəlif dövrlərini əks etdirən «Naşirin qətli» (2001). «Həqiqət anları» (2003), «Şüşə saray» (2007) kitabları ölkənin mədəni həyatında hadisəyə çevrilmişdir. Elmira Axundova «Heydər Əliyev. Şəxsiyyət və Zaman» adlı çoxcildlik roman-tədqiqatını ömrünün ən mühüm layihəsi sayır. On ilə yaxın gərgin zəhmət, kitab qəhrəmanının uşaqlıq və gənclik dostları, qohumları və yaxınları ilə lentə alınmış yüzlərlə söhbət, tanınmış siyasi xadimlər və dövlət adamları ilə müsahibələr, DTK arxivlərində, Prezidentin şəxsi arxivində iş ulu öndərimizin ən dolğun və obyektiv bioqrafiyasını yaratmaq cəhdi olan romanın unikal sənədli əsasını təşkil edir. Kitab dərin təhlil və müəllif şərhləri ilə müşayiət edilən xeyli sayda az məlum olan fakt, epizod, eksklüziv informasiya ilə zəngindir. Yazıçının Heydər Əliyevlə şəxsi tanışlığı və dostluğu romana xüsusi emosionallıq və səmimiyyət gətirir. Elmira Axundova Azərbaycanın Əməkdar Jurnalisti, Milli Məclisin deputatı, H.Zərdabi, R.Rza, N.Nəcəfov adına mükafatların laureatıdır, «Şöhrət ordeni və AR Prezidentinin fəxri diplomu ilə təltif olunmuşdur.

Azərbaycan dilinin böyük frazeologiya lüğəti II
Azərbaycan dilinin böyük frazeologiya lüğəti II
Nəriman Seyidəliyev,Bayram Əhmədov
Bakı г. Elm və təhsil

Azərbaycan dilinin frazeoloji lüğətindən orta və ali məktəb müəssisələrində, kurslarda, lüğətçilik tədqiqatlarında, gənc alimlərin elmi araşdırmalarında, türkdilli xalqların böyükhəcmli lüğətlərinin hazırlanmasında dəyərli bir vəsait kimi istifadə oluna bilər. Bununla yanaşı, geniş oxucu kütləsi üçün də faydalıdır. Aydın tərtib prinsipləri və elmi cəhətdən düzgün əsaslandırılmış strukturu ilə fərqlənən mükəmməl sözlükdə frazeologiyanın hüdudları dəqiq müəyyənləşdirilib, sabit söz birləşmələri, mürəkkəb sözlər, tərkibi fellər, məcazlar, obrazlı ifadələrlə frazeologiya arasında münasibətlər aydınlaşdırılıb. 20 min 500-ə qədər frazeoloji vahidin izahının verildiyi lüğətdə “K-Z” hərfləri əhatə edilib.